İspaniya klubu "Estremadura" "Qarabağ"ın hücumçusu Mahir Emrelinin transferindən imtina edə bilər. Buna səbəb La Liqa2 təmsilçisinin başqa hücumçuya maraq göstərməsidi. "Estremadura" "Barselona"nın yetirməsi olan Rafa Mujikanı heyətinə qatmaq niyyətinə düşüb.

İspaniya klubu "Estremadura" "Qarabağ"ın hücumçusu Mahir Emrelinin transferindən imtina edə bilər. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, buna səbəb La Liqa2 təmsilçisinin başqa hücumçuya maraq göstərməsidi.

Belə ki, "Estremadura" "Barselona"nın yetirməsi olan Rafa Mujikanı heyətinə qatmaq niyyətinə düşüb. Yay fasiləsində "Barselona"nın B komandasından "Lids"ə keçən 21 yaşlı forvardın başqa kluba icarəyə verilməsi planlaşdırılır. "Estremadura" əgər onu icarəyə götürə bilsə, Emrelidən imtina edəcək.

Qeyd edək ki, Mahir Emreli ilə İspaniya ikinci liqasının digər klubları da maraqlanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest