"çelsi"nin yarımmüdafiəçisi Temue Bakayokonun Fransaya dönmək variantı yaranıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Monako" 25 yaşlı oyunçunu qaytarmaq istəyir.

Knyazlıq klubu Fransa millisinin üzvünü 1 il müddətinə icarəyə götürməyə çalışıb. Lakin ingilislər bu təklifə "yox" cavabını verib. Bakayoko ölkəsinə dönməkdə maraqlı olsa da, "zadəganlar" yalnız sərfəli təklif qarşılığında onun gedişinə icazə verəcək.

Qeyd edək ki, Temue Bakayoko 2014-2017-ci illərdə "Monako"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest