Fransanın "Monako" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərənin "Lester Siti" klubundan İslam Slimanini heyətinə qatıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əlcəzairli hücumçu 2019/20 mövsümünü icarə əsasında "Monako"da keçirəcək.
 
"Monako" mövsümün sonunda Slimaninin transfer hüquqlarına sahib ola bilər.
 
2016-cı ildən "Lester"də çıxış edən Slimani, son mövsümü icarə əsasında "Fənərbaxça"da keçirib. O, İstanbul təmsilçisinin heyətində 25 oyuna 5 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest