"Mançester Yunayted"in ştatlı penalti vuranı dəyişir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, məşqçilər korpusu bu zərbəni Pol Poqbadan almaq qərarına gəlib.

Buna səbəb Premyer Liqanın II turunda "Vulverhempton"la qarşılaşmada fransalı yarımmüdafiəçinin zərbəni qola çevirə bilməməsi olub. Baş məşqçi Ole-Qunnar Sulşer penaltiləri bundan sonra hücumçu Markus Reşfordun yerinə yetirməsini istəyib. Poqba isə onun əvəzləyicisi olacaq.

Qeyd edək ki, Pol Poqbanın sentyabrın 1-nə qədər "Real"a transfer edilməsi gündəmdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest