"Neftçi"nin hücumçusu Baqali Dabo komandanın azarkeşlərini təhqir edib. Futbolçu bunu şəxsi instaqram səhifəsi vasitəsilə edib. Belə ki, 31 yaşlı forvard əvvəlcə "Neftchi Baku Fan Page" səhifəsi təhqir edib, ardından öz fotosunu paylaşaraq azarkeşlərin şərhlərinə qeyri-etik cavab yazıb.

"Neftçi"nin hücumçusu Baqali Dabo komandanın azarkeşlərini təhqir edib. Matc.az xəbər verir ki, futbolçu bunu şəxsi instaqram səhifəsi vasitəsilə edib.

Belə ki, 31 yaşlı forvard əvvəlcə "Neftchi Baku Fan Page" səhifəsi təhqir edib, ardından öz fotosunu paylaşaraq azarkeşlərin şərhlərinə qeyri-etik cavab yazıb.

Buna səbəb azarkeş səhifəsinin fransalı haqda tənqidi paylaşımı olub. Dabonun qeyri-etik davranışı azarkeşlərin haqlı etirazına səbəb olub.

"Neftçi" cəbhəsində futbolçuların azarkeşlərə qarşı saymaz hərəkəti isə birinci dəfədi yaşanmır. Elə "Sabah"la Premyer Liqanın ilk tur matçından sonra baş məşqçi Roberto Bordin və müdafiəçi Kirill Petrov "istefa" şüarı səsləndirən azarkeşlər barədə "onlar "Neftçi" azarkeşi deyil, bu, öyrədilmiş hərəkətdi" demişdilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest