Fransa Peşəkar Futbol Liqasının Nizam-İntizam Komitəsi PSJ-ni cərimələyib. Matc.az xəbər verir ki, buna azarkeşlərin davranışı səbəb olub.

Belə ki, paytaxt klubunun Liqa1-in ilk turunda "Nim"lə keçirdiyi qarşılaşmada PSJ azarkeşləri komandanın hücumçusu Neymarın əleyhinə banner açıblar. Azarkeşlər həmin bannerdə "Neymar, rədd ol, get" yazıblar. Həmçinin oyunboyu braziliyalı hücumçu dəfələrlə təhqir edilib. Bu üzdən NİK parisliləri 2000 avro məbləğində cərimələyib.

Qeyd edək ki, həmin görüşdə PSJ 3:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest