"Real" müdafiəçisi Marselonun "Yuventus"a keçidinə razılıq verib. Matç.az saytının "Tuttosport"a istinadən məlumatına görə, "kral klubu" qarşılığında italyanlardan bir oyunçunu istəyib.

Belə ki, İspaniya nəhəngi Marselo ilə "qoca sinyora"nın müdafiəçisi Aleks Sandronu dəyişməyi təklif edib. Sandronun "Yuve" ilə yeni müqavilə ilə bağlı danışığı alınmadığından, bu dəyişiklik real görünür. "Sambaçı" 2,8 milyon avroluq maaşının artırılmasını tələb etsə də, turinlilər bununla razı deyil. Marselonun "Real"dakı illik məvacibi isə 10 milyon avrodu.

Qeyd edək ki, Marselo bir müddət əvvəl "Yuventus"a keçmək istədiyini "Real" rəhbərliyinə çatdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest