Bu gün AFFA-nın inzibati binasında aşağı yaş qruplarından ibarət Azərbaycan yığmalarının koordinatoru Miloş Velebit tərəfindən "Elit Məşq" layihəsi ilə bağlı prezentasiya təqdim olunub. Matc.az xəbər verir ki, tədbirdə əvvəlcə baş katib Elxan Məmmədov çıxış edərək iştirakçıları salamlayıb.

"Elit Məşq" layihəsinin bir neçə ildi tətbiq olunduğunu bildirən baş katib bu istiqamətdə yeni mərhələninin başladığını vurğulayıb. Qeyd olunub ki, hazırkı mərhələdə layihə 26 məşqçinin iştirakı ilə keçiriləcək, lakin qarşıdakı müddət ərzində məşqçilərin və layihənin tətbiq olunduğu bölgələrin sayı artırılacaq.

Sonra Miloş Velebit "Elit Məşq" layihəsi ilə bağlı təqdimatla çıxış edib. Tədbir layihə çərçivəsində fəaliyyət göstərəcək məşqçilərlə yanaşı, AFFA rəsmiləri, Məqşçilər Komitəsinin üzvləri və milli komandaların məşqçilərinin iştirakı ilə keçirilib.

Sabah isə AFFA-nın inzibati binasında "Elit-məşq" layihəsi ilə bağlı mətbuat konfransı keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest