"Real" yeni transferi Takefusa Kubonu icarəyə verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu "Malyorka"ya keçib.

Yaponiya millisinin üzvü qarşıdakı mövsümü icarə əsasında keçirəcək. O, tibbi müayinədən keçmək və münasibətləri rəsmiləşdirmək üçün artıq Malyorkaya yollanıb.

Qeyd edək ki, Kubo "Real"a yayda "Tokio"dan transfer edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest