Türkiyənin "Gənclərbirliyi" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçi Fabrisio Bayanonu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Gənclərbirliyi" 27 yaşlı futbolçunu Portuqaliyanın "Maritimo" klubundan satınalma şərti ilə 1 illik icarəyə götürüb.
 
Bayano 2017-ci ildən "Maritimo"da çıxış edir. O, ötən mövsüm bu komandada 24 oyuna çıxıb. 
 
"Vasko da Qama"nın yetirməsi olan futbolçu "Koritiba" və "Makan" klublarında da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest