İtaliyanın "Udineze" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin "Uotford" klubunun yarımmüdafiəçisi Ken Semanı heyətinə cəlb edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya klubu İsveçdə anadan olan Konqo əsilli 25 yaşlı futbolçunu 1 illik icarəyə götürüb. O, yeni komandasında 12 nömrəli formanı geyinəcək.
 
İsveç millisinə də dəvət alan Sema, 2018-ci ildən "Uotford"da çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest