"Püşkatma zamanı Portuqaliya və İspaniyadan qaçmağa çalışdıq. Onlardan qurtulmağı bacardıq və indi bundan istifadə etməliyik". Matç.az saytının məlumatına görə, bu sözləri Sloveniya Futbol İttifaqının Futzal Şöbəsinin katibi Stane Kokali deyib.

O, yerli mətbuata açıqlamasında 19 yaşadək futzalçılar arasında ilk dəfə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatmasını dəyərləndirib. Kokali münasib qrupa düşdüklərini fikirləşir.

Federasiya rəsmisi martın 26-31-də keçiriləcək qarşılaşmalarla bağlı iddialı danışıb: "Qrup mərhələsindəki oyunlarımızı öz meydanımızda keçirəcəyik. Bu səbəbdən qrup birincisi olmaq üçün yaxşı imkan əldə etdiyimizi düşünürəm. Uşaqlar çətin və ağır məşqlərə hazırdılar. Federasiya onlara zəngin toplanış proqramı hazırlayıb. çalışmalarımız meyvələrini verməyə başlayıb".

Qeyd edək ki, əsas mərhələnin 2-ci qrupunda Sloveniyanın rəqibləri Azərbaycan, Hollandiya və ilkin mərhələnin B qrupunun qalibi olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest