"Arsenal" iki futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Şkodran Mustafi və yarımmüdafiəçi Mohamed Elneni komandasını dəyişməli olacaq.

Hər iki futbolçuya "transfer pəncərəsi" bağlanana qədər özünə yeni komanda tapmaq tapşırığı verilib. Baş məşqçi Unay Emeri də onların gələcək planlarında yer almadığını və oyun praktikası əldə etmək üçün başqa kluba keçməyin ən doğru variant olduğunu söyləyib.

Qeyd edək ki, hər iki oyunçu 2016-cı ildən "Arsenal"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest