İspaniya yığmasının sabiq hücumçusu Fernando Torres futbolçu karyerasını rəsmən başa vurur. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu bu gün vida oyununa çıxacaq.

Belə ki, "Saqan Tosu"nun formasını geyinən forvard "Vissel Kobe" ilə qarşılaşmada son dəfə meydana ayaq basacaq. Rəqibin heyətində isə digər ispaniyalılar - Andres İnyesta və David Vilya çıxış edir.

Qeyd edək ki, Avropa və dünya çempionu olan Fernando Torres karyerası ərzində 706 oyunda iştirak edib, 252 qol, 73 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest