"Atletiko"nun hücumçusu Nikola Kaliniç yenidən İtaliyaya qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, xorvatiyalı forvard "Roma"nın maraq dairəsinə düşüb.

Paytaxt klubunun çalışdırıcısı Paulo Fonseka Kaliniçi ixtiyarında görmək istədiyini rəhbərliyə çatdırıb. "Roma" 31 yaşlı forvardı icarəyə götürmək niyyətindədi və klublar arasında ilkin danışıq müsbət nəticələnib. Artıq gələn həftə keçidin rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, Nikola Kaliniç "Atletiko"dan əvvəl İtaliyada "Fiorentina" və "Milan"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest