PSV-nin yarımmüdafiəçisi İrvinq Lozano İtaliyaya köçüb. Matc.az xəbər verir ki, meksikalı futbolçu "Napoli" ilə anlaşıb.

24 yaşlı hücumameyilli oyunçu Neapol təmsilçisi ilə 5 illik müqavilə imzalayıb. Bu transfer hollandlara 40 milyon avro qazandırıb. Ancaq bu məbləğin 20 faizi Lozanonun əvvəlki klubu "Paçuka"ya çatıb. Bununla Lozano "Napoli" tarixinin ən bahalı transferi olub.

Qeyd edək ki, Lozano 2017-ci ildən bəri PSV-də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest