Şotlandiyanın "Seltik" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Qlazqo təmsilçisi "Sauthempton"dan Freyzer Forsteri heyətinə qatıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı qapıçı 2019/20 mövsümünü icarə əsasında "Seltik"də keçirəcək.
 
2014-cü ildən "Sauthempton"da çıxış edən Forster, 6 dəfə də İngiltərə millisinin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest