Fransanın "Lill" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Renato Sanşeşi transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı portuqaliyalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
Fransa klubu bu transferə görə Münhen təmsilçisinə 25 milyon avro ödəyib.
 
"Benfika"nın yetirməsi olan Renato, "Bavariya"ya 2016-cı ildə transfer olunmuşdu. O, 2017/18 mövsümünü icarə əsasında "Suonsi Siti"də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest