Fransanın "Monako" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi İngiltərənin "Lester Siti" klubundan Adrien Silvanı heyətinə qatıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Silva, 2019/20 mövsümünü icarə əsasında "Monako"da keçirəcək.
 
Portuqaliyalı yarımmüdafiəçi ötən mövsümdə də icarə əsasında məhz "Monako"da çıxış etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest