"Arsenal"ın sabiq baş məşqçisi Arsen Vengerin təqaüdə çıxmaq fikri yoxdu. Matç.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, fransalı mütəxəssis tezliklə yenidən iş başında olmaq istədiyini söyləyib.

Lakin o, yanvar ayına qədər heç bir təklifi qəbul etməyəcək. Bu səbəbdən 69 yaşlı mütəxəssisin "Real"ın "sükanı arxası"na keçmək ehtimalı inandırıcı görünmür. "Arsenal"da 22 il çalışdıqdan sonra Premyer Liqada işləmək həvəsində olmadığını deyən Venger bir qədər dincəldikdən sonra təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, Arsen Venger 1996-cı ildən çalışdırdığı "Arsenal"la bu ilin yayında vidalaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest