Futbol üzrə Almaniya Bundesliqasında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər oyunları şənbə gününə təsadüf edib.

İlk turda "Herta" ilə 2:2 hesablı heç-heçə edən "Bavariya" bu dəfə "Şalke"nin qonağı olub. Münhen təmsilçisi Robert Levandovskinin het-triki sayəsində bu oyunda darmadağına sevinib.

"Hoffenhaym" "Verder"lə ev oyunundan qalib ayrılıb. "Auqsburq" – "Yunion" matçında qalib müəyyənləşməyib. "Fortuna" evdə "Bayer"ə, "Maynts" Münhenqladbax "Borussiya"sına, "Paderborn" isə "Frayburq"a eyni hesabla (1:3) uduzub. 

Almaniya Bundesliqası
2-ci tur

23 avqust

Köln – Borussiya (Dortmund) 1:3
Qol: Dreksler, 29 – Sanço, 70. Hakimi, 86. Alkaser, 90+4.

24 avqust

Auqsburq – Yunion 1:1
Qol: Varqas, 59 – Andersson, 80.

Fortuna – Bayer 1:3
Qol: Morales, 82 – Baker, 6-öz qapısına. Aranquiz, 33. Bellarabi, 39.

Hoffenhaym – Verder 3:2
Qol: Biçakçiç, 54. Bebu, 59. Kaderabek, 87 – Fullkruq, 42. Osak, 81.

Maynts – Borussiya (Münhenqladbax) 1:3
Qol: Kayson, 18 – Layner, 31. Plea, 77. Embolo, 79.

Paderborn – Frayburq 1:3
Qol: Mamba, 3 – Valdşmit, 21. Petersen, 30. ç.Hun, 90.

Şalke – Bavariya 0:3
Qol: Levandovski, 20-pen; 50; 75.

25 avqust

17:30 Leyptsiq – Ayntraxt
20:00 Herta – Volfsburq

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest