Futbol üzrə Rusiya Premyer Liqasında 7-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda son ölkə çempionu "Zenit"lə üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Azərlə Turqay bu görüşün iştirakçısı olub. Əvvəlki turlarda meydana çıxan Əliyev bu dəfə ehtiyatda qalıb. Möhbalıyevin adı isə qarşılşmanın iştirak ərizəsinə daxil edilməyib.
 
"Ufa" 7 turdan sonra 10 xalla 16 kollektiv arasında 9-cu sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest