"İnter"in yarımmüdafiəçisi Raca Nainqqolan sağalıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu artıq məşqlərə başlayıb.

A seriyasının IX turunda "Milan"la qarşılaşmada zədələnən belçikalı futbolçu bərpa dövrünü geridə qoyub. çempionlar Liqasının qrup mərhələsində "Barselona" ilə ilk oyunu buraxan 30 yaşlı orta sahə oyunçusu kataloniyalılarla ev matçına hazır olacaq. Nainqqolanın həftəsonu ölkə çempionatında "Cenoa" ilə görüşdə iştirakı gözlənilmir.  Məşqçilər korpusu onu riskə atmaq fikrində deyil.

Qeyd edək ki, "İnter" – "Barselona" oyunu noyabrın 7-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest