"Harda olursan ol, daim oynamaq istəyirsən. Hər kəs kimi, mən də meydanda olmadığım zaman xoşbəxt olmuram". Matc.az saytının məlumatına görə, bunu Xorvatiya millisinin müdafiəçisi Borna Barişiç deyib.

"Reyncers"in sol cinah oyunçusu yerli mətbuata açıqlamasında yığmasının AVRO-2020-nin seçmə mərhələsində keçirəcəyi növbəti oyunları dəyərləndirib. 27 yaşlı futbolçu gələn ay Slovakiya və Azərbaycan millisi ilə səfər matçlarında qələbəni hədəfləyəcəklərini bildirib.

Barişiç eyni zamanda bunun çətin olacağını da etiraf edib: "ölkəm üçün oynamaq çox önəmlidi. Bizi Slovakiya və Azərbaycana qarşı çətin matçlar gözləyir. "Reyncers"dəki vacib oyunlardan sonra yığmanın heyətində böyük və ağır bir həftə keçirəcəyik. Həm "Reyncers", həm də Xorvatiya yığmasında hədəflər böyük olur. Bu üzdən biz meydana yalnız qələbə üçün çıxırıq".

Qeyd edək ki, xorvatlar sentyabrın 6-da Slovakiyanın, 9-da isə Azərbaycanın qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest