Ukraynanın Kiyev şəhərində keçirilən beynəlxalq turnir davam edir. Viktor Bannikov turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununa çıxıb.

Ukraynanın Kiyev şəhərində keçirilən beynəlxalq turnir davam edir. Matc.az saytının məlumatına görə, Viktor Bannikov turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununa çıxıb.

A qrupunda yer alan yığmamızın turnir çərçivəsində ilk rəqibi İsrail olub. Qarşılaşma millimizin biabırçı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək turnirində yığmamız Ukrayna, Latviya və İsraillə eyni qrupda qərarlaşıb. Azərbaycan millisinin yer aldığı qrupun digər oyununda meydan sahibi Ukrayna Latviya ilə üz-üzə gəlib. Matç Ukrayna yığmasının 2:1 hesablı qələbəsi ilə tamamlanıb. Azərbaycan futbolçuları sabah Ukrayna ilə qarşılaşacaq.

 

Viktor Bannikov turniri

26 avqust

Azərbaycan – İsrail  - 0:6

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest