"Neftçi"nin yeni mövsümə uğursuz start verməsi, bu komandada baş verənlər futbol ictimaiyyəti tərəfindən geniş müzakirə olunmaqdadı". Matc.az xəbər verir ki, bu fikirlər  menecer Erkin İbrahimova məxsusdu.

Paytaxt klubunun ardıcıl 2 oyunda xal itirməsinə biganə qalmayan İbrahimov  "Neftçi"nin düşdüyü vəziyyətdə günahı ayrı-ayrı futbolçularda axtarmağı düzgün saymır: "Açıq-aşkar görünür ki, klub rəhbərliyi idarəetməni itirib, komanda son 4 oyunda futbol oynamır. Baş məşqçi də ağzına gələni danışır, yetirmələri də. Baqali Dabo çıxıb "İnstaqram"da xalqı təhqir edir. Normal idarə olunan klubda bu cür futbolçu ən azından cəzalanardı, Dabo isə etdiklərinin qarşılığında mövsümdə ilk dəfə əsas həyətə salınır. Nəticəsi nə oldu? Dabo zərbə endirdi, onda da top auta (!!!) çıxdı".

Menecer feysbuk profilindəki paylaşımını sual verməklə davam edib: "Monrozun oyununu (oyun demək olarsa) diqqətlə izləyirəm. Adama çatmır ki, Monroz meydanda nə gəzir? Nə qol imkanı yaradır, nə oyunu üzərinə götürür, nə də topsuz faydalı işləyir. Monrozun funksiyası nədi? Məşqçi onun meydanda etdiklərini analiz edirmi? Necə olur ki, Monroz toxunulmaz, əvəzolunmaz adama çevrilib? Bunun dəqiq səbəbini bilən varmı? Qorxurlar ki, yenə "Do you want to see my dick?" deyib, sözdən əmələ keçəcək?"

İbrahimovun fikrincə, rəhbərliyin və baş məşqçinin istefaya göndərilməsi bir az radikal, sərt qərar olar: "Ancaq bu gün də göründü ki, komandadaxili durum yaxşılaşmır, daha da pisləşir. Bunun da məsuliyyəti klubu idarə edənlərin çiynindədi. Dario yoxa çıxır, rəhbərliyi yıxıb-sürüyür. Monroz kimi tərbiyəsiz futbolçu imzalanır, halbuki belələrini komandaya yaxın buraxmaq olmaz. Dabo da belə. Digər futbolçular da görür ki, bu rəhbərliyin yanında istənilən hoqqadan cəza almadan çıxmaq olar. Odu ki, bu gün müşahidə olunan xaotik futbola təəccübləndirməyə dəyməz!"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest