Futbol üzrə İsveç çempionatında 21-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi "Kalmar" da növbəti matçına çıxıb. 
 
Sözügedən kollektiv səfərdə "Goteborg" ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.
 
Emin bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Kalmar" hazırda 18 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest