"Arsenal"ın Avropa Liqasında məğlub olduğu "Neftçi"ni götürək. Bu komandanı kim tanıyırdı? Onların maksimum dəyəri 200-300 min avro olan 3-4 futbolçusu cütün taleyini həll etdi. Deməli, hər şey nisbidi. Futbol indi ilk növbədə biznes və marketinqdi"

"Futbolda böyük pullar dövr edir. Qus Til "Spartak"a 16 yox, 5 milyon avroya transfer edilsəydi belə, yenə heç nə dəyişməyəcəkdi". Matc.az saytının məlumatına görə, bunu Rusiya futbolunun canlı əfsanəsi Aleksandr Mostovoy deyib.

Gənc mütəxəssis yerli mətbuata müsahibəsində keçmiş komandası Moskva "Spartak"ının hollandiyalı Qus Tili 16 milyon avroya transfer etməsini dəyərləndirib. Mostovoy futbolda pulun yalnız marketinq üçün faydalı olduğunu bildirib.

O, "Neftçi"ni nümunə kimi göstərərək, meydanda hər şeyin pulla həll edilmədiyini söyləyib: "Arsenal"ın Avropa Liqasında məğlub olduğu "Neftçi"ni götürək. Bu komandanı kim tanıyırdı? Onların maksimum dəyəri 200-300 min avro olan 3-4 futbolçusu cütün taleyini həll etdi. Deməli, hər şey nisbidi. Futbol indi ilk növbədə biznes və marketinqdi".

Qeyd edək ki, "Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində Tula "Arsenal"ını hər iki oyunda məğlub etmişdi (1:0, 3:0).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest