Hakimlər Komitəsinin sədri Fritz Stuxlik və FIFA/UEFA təlimatçısı Kiros Vassarosun rəhbərliyi ilə Premyer Liqa oyunlarına təyinat alan referi, referi köməkçiləri və hakim-inspektorlar üçün seminar keçirilib.

Matc.az xəbər verir ki, 3 günlük seminar müddətində iştirakçılar tapşırığa uyğun olaraq Premyer Liqanın II turunda keçirilmiş "Sabah" – "Keşlə" oyununu izləyib, bir gün sonra isə qarşılaşmada rast gəlinmiş maraqlı situasiyalar və hakim qərarları AFFA-nın inzibati binasındakı iclas zalında müzakirə olunub.

Yeni və müasir veb-platformanın istifadəsi və oyun rəsmilərinin təəssüratları əsasında aparılan təhlil prosesi 3 saata yaxın müddəti əhatə edib. Birinci Divizion hakimlərinin də dəvət olunduğu seminarın sonuncu günündə beynəlxalq oyunlardan hazırlanmış videoçarxlar nümayiş olunub, həmçinin Premyer Liqanın I və II turu çərçivəsində keçirilmiş oyunlarda diqqətçəkən bir sıra situasiyalar ətrafında müzakirələr aparılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest