Bu yay "Keşlə" ilə yollarını ayıran Fuad Bayramovun yeni iş yeri müəyyənləşib. Azərbaycanlı yarımmüdafiəçisi bundan sonra karyerasını Gürcüstanda davam etdirəcək

Bu yay "Keşlə" ilə yollarını ayıran Fuad Bayramovun yeni iş yeri müəyyənləşib. Matc.az saytının əldə etdiyi məlumata görə, azərbaycanlı yarımmüdafiəçisi bundan sonra karyerasını Gürcüstanda davam etdirəcək.
 
25 yaşlı futbolçu qonşu ölkənin "Rustavi" klubu ilə anlaşıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.
 
"Rustavi" Gürcüstan çempionatının cari mövsümündə 25 oyuna 29 xal toplayıb və 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest