Almaniyanın "Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Frankfurt təmsilçisi Portuqaliya "Sportinq"indən Bas Dostu transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı hücumçu ilə müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Almaniya mətbuatının yaydığı məlumata görə, Frankfurt klubu bu transferə görə 10 milyon avrosundan keçib.
 
"Emmen"in yetirməsi olan Bas Dost, 2016-cı ildən "Sportinq"də çıxış edirdi. Təcrübəli hücumçu 2012-2016-cı illər aralığında Almaniyanın digər klubu "Volfsburq"da da çıxış edib. Hücumçu 18 dəfə formasını geyindiyi Hollandiya millisində 1 qol vurub. Geridə qalan mövsümdə 34 qol vuran Dost, Portuqaliya çempionatının bombardiri olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest