"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç yenidən Avropada oynamaq niyyətindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu isveçli forvard özü deyib.

37 yaşlı ulduz futbolçu, xüsusən də, "Mançester Yunayted"ə qayıtmaq istəyini dilə gətirib: "Hələ də İngiltərə Premyer Liqasında oynaya bilərəm. Əgər "Mançester Yunayted" mənə ehtiyac duyursa, burdayam. Ancaq indi "Los-Anceles Qalaksi"yə məxsusam və bu komandanın uğurları barədə düşünürəm".

Qeyd edək ki, Zlatan İbrahimoviç 2016-2018-ci illərdə "Mançester Yunayted"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest