"Barselona"nın kapitanı Lionel Messinin yaşıl meydanlara dönüşü yubanır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı superulduz əzələ ağrılarından şikayət edib.

Yerli KİV fərdi məşqlərlə kifayətlənən 32 yaşlı futbolçunun daha 1 ay komandasına kömək edə bilməyəcəyini vurğulayıb. Bununla bağlı rəsmi açıqlama olmasa da, Leonun dönüşünün yubanacağı bildirilib.

Qeyd edək ki, Messi mövsümöncəsi toplanış zamanı ilk məşqdə zədələnərək sıradan çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest