"Real"ın daha bir futbolçusu sıradan çıxıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi İsko zədələnib.

İspaniya millisinin üzvü məşq zamanı sağ bud əzələsində ağrılar hiss edib. Tibbi müayinədən sonra zədənin ciddi olmadığı aşkarlanıb. Lakin İskonun təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Maraqlıdı ki, təlim-məşq toplanışının startından bəri İsko əzələ ağrısından əziyyət çəkən 9-cu "Real"lı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest