"Milan" daha bir itki ilə üzləşib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, müdafiəçi Mattia Kaldaradan sonra yarımmüdafiəçi Lukas Bilya da sıradan çıxıb.

Əzələsində ağrılar hiss edən argentinalı futbolçu bu gün tibbi müayinədən keçib. Nəticədə zədənin ciddi olduğu aşkarlanıb. Həkimlər 32 yaşlı futbolçunun bir ay komandadan ayrı qalacağını açıqlayıb.

Qeyd edək ki, Lukas Bilya bu mövsüm A seriyasında 9 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest