Futbol üzrə Azərbaycan I Divizionunda II tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
 
Dörd qolun qeydə alındığı "Keşlə-2" – "Kəpəz" matçında qalib müəyyənləşməyib.
 
"Sumqayıt" və "Neftçi"nin əvəzedicilərinin dueli də məhsuldar alınıb. Amma beş qolluq bu qarşılaşmada qonaqlar qələbə qazanmağa nail olublar.
 
"Turan Tovuz" – "Qaradağ Lökbatan" qarşılaşmasında isə qapılara bütövlükdə 10 qol vurulub.   
 
I Divizion
II tur
28 avqust
 
"Keşlə-2" – "Kəpəz" 2:2
Qol: İbrahim Novruzov, 21. Elmir Rəhimzadə, 64 – Əli Səmədov, 56. Nodar Məmmədov, 70-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
"ASK Arena". 16:30.
 
"Sumqayıt-2" – "Neftçi-2" 2:3
Qol: İbrahim Əliyev, 21. Elnur Cəfərov, 43 – Əlibəy Məmmədli, 7; 11. Asim Əlizadə, 77.
Hakimlər: Etibar Həsənov, Nahid Əliyev, Elxan Əsgərzadə, Rauf Cabarov
"Kapital Bank Arena", ehtiyat meydança. 16:30.
 
"Turan Tovuz" – "Qaradağ Lökbatan" 6:4
Qol: İlkin Sadıqov, 7; 21. Murad Hüseynov, 42. Rüfət Məmmədov, 45; 63. Orxan Lalayev, 76 – Murad Hüseynov, 35-öz qapısına. Sahil Zeynalov, 38. Nuran Quliyev, 45+3-pen. Fərid Mahmudov, 90+3.
Hakimlər: İnqilab Məmmədov, Səbuhi Soltanov, Teymur Teymurov, Cahangir Yusifzadə
Tovuz şəhər stadionu. 16:30.
 
29 avqust
 
"Ağsu" – "Səbail-2"
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Elmin Süleymanov, Kamranbəy Rəhimov
Ağsu şəhər stadionu. 16:30.
 
"Sabah-2" – "Zirə-2"
Hakimlər: Fərid Hacıyev, Vüqar Bayramov, Rəhman İmami, Rəvan Həmzəzadə
Binə qəsəbə stadionu. 16:30.
 
30 avqust 
 
"Qarabağ-2" – "Zaqatala"
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Ruslan Quliyev, Cahangir Yusifzadə
"Azersun Arena". 16:30.
 
Qeyd edək ki, 2-ci turda MOİK komandası istirahət edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest