Moldova millisinin UEFA Millətlər Liqasının son iki oyunu üçün heyəti müəyyənləşib. Matç.az-ın yerli mətbuata istinadən məlumatına görə, dəvətlilər arasında Topaz Premyer Liqasında çıxış edən 2 futbolçu da var.

Belə ki, baş məşqçi Aleksandr Spiridon "Səbail"in orta sahə oyunçusu Yevgeni Koçuk və "Zirə"nin hücumameyilli yarımmüdafiəçisi Aleksandr Dedovu da qarşıdakı oyunlara çağırıb.

Qeyd edək ki, Moldova D Liqası çərçivəsində noyabrın 15-də səfərdə San Marino, bundan 3 gün sonra isə evdə Luksemburqla qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest