"Real"ın qapıçısı Keylor Navas PSJ-yə keçməyə çox yaxındı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 32 yaşlı qolkiper Fransa çempionu ilə hərtərəfli anlaşıb.

Artıq klublar arasında danışıqlar da yekunlaşıb. Razılığa əsasən, "kral klubu" bu keçiddən 13 milyon avroluq gəlir götürəcək. Futbolçu özü də PSJ ilə müqavilənin detallarını razılaşdırıb.

Qeyd edək ki, Keylor Navas 2014-cü ildən "Real"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest