"Yuventus"un yarımmüdafiəçisi Əmrə Can klubunu dəyişə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Barselona"dan sonra "Bavariya" da futbolçunun xidmətində maraqlıdı.

Hər iki klub "transfer pəncərəsi" bağlanana qədər 25 yaşlı oyunçunu heyətinə qatmağı planlaşdırır. Turin təmsilçisi də Almaniya millisinin üzvünü satmaq niyyətindədi. "Qoca sinyora" onun keçidindən 30-35 milyon avroluq gəlir götürmək istəyir.

Qeyd edək ki, Əmrə Can "Yuventus"a ötən il "Liverpul"dan azad agent kimi keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest