İtaliyanın "Fiorentina" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "İnter"dən Dalberti icarəyə götürüb. 
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı müdafiəçi 2019/20 mövsümünü icarə əsasında "Fiorentina"da keçirəcək.
 
"İnter" Dalberti 2017-ci ildə "Nitsa"dan 21 milyon avro qarşılığında transfer edib. Braziliyalı oyunçu iki mövsümdə "neradzurra" ilə 26 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest