Ağdam təmsilçisi bunadək Çempionlar Liqasında (ÇL) I, II və III təsnifat mərhələlərində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 280 min avro, 380 min avro və 480 min avro, yəni, ümumilikdə 1 milyon 140 min avro (təxminən 2.15 milyon manat) gəlir əldə edib.

Şimali İrlandiyanın "Linfild" komandasını Bakıda 1:0 hesabı ilə məğlub edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" 2,92 milyon avro (təxminən 5.5 milyon manat) mükafat da əldə edib. Matc.az xəbər verir ki, UEFA analoji uğura imza atan bütün komandalara eyni məbləğdə pul verəcək.

Ağdam təmsilçisi bunadək çempionlar Liqasında (çL) I, II və III təsnifat mərhələlərində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 280 min avro, 380 min avro və 480 min avro, yəni, ümumilikdə 1 milyon 140 min avro (təxminən 2.15 milyon manat) gəlir əldə edib.

Qeyd edək ki, UEFA-nın 2019/2020 avrokubok mövsümü üçün maliyyə gəlirlərinin bölgüsü sisteminə əsasən, çL-in pley-off mərhələsində mübarizəni dayandıran klublar arasında 30 milyon avro (təxminən 56.5 milyon manat) bölüşdürülüb və hər bir kluba 5 milyon avro (təxminən 9.5 milyon manat) çatıb.

çL-in qrup mərhələsinə düşən 32 klubun hər biri 15,25 milyon avro (təxminən 28.7 milyon manat) qazanıb. Qrup mərhələsində hər qələbəyə görə 2,7 milyon avro (təxminən 5 milyon manat), heç-heçə üçün 900 min avro (təxminən 1.7 milyon manat) veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Qrup qalibləri hərəyə 1 milyon avro (təxminən 1.9 milyon manat), ikinci yeri tutanlar 500 min avro (təxminən 940 min manat) alacaqlar.

1/8 finala çıxanlar hərəyə 9,5 milyon avro (təxminən 17.9 milyon manat), 1/4 finalçılar 10,5 milyon avro (təxminən 19.8 milyon manat), yarımfinalçılar 12 milyon avro (təxminən 22 milyon manat) qazanacaqlar. Finalda uduzan komandaya 15 milyon avro (təxminən 28.2 milyon manat), qalibə isə 19 milyon avro (təxminən 35.8 milyon manat) çatacaq.

Avropa Liqasında qrup qalibləri hərəyə 1 milyon avro (təxminən 1.9 milyon manat), ikinci yeri tutanlar 500 min avro (təxminən 940 min avro) alacaqlar. Qrup mərhələsindəki hər qələbə qarşılığında 570 min avro (təxminən 1.07 milyon manat), heç-heçəyə görə 190 min avro (təxminən 357 min manat) veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Pley-offa çıxanlar 500 min avro (təxminən 940 min manat), 1/8 final iştirakçıları 1,1 milyon avro (təxminən 2 milyon manat), 1/4 finalçılar 1,5 milyon avro (təxminən 2.8 milyon manat, yarımfinalçılar 2,4 milyon avro (təxminən 4.5 milyon manat, finalçılar 4,5 milyon avro (təxminən 8.5 milyon manat), qalib 4 milyon avro qazanacaq (təxminən 7.5 milyon manat).

Super Kubok iştirakçıları hərəyə 3,5 milyon avro (təxminən 6.6 milyon manat), qalib isə əlavə 1 milyon avro (1.9 milyon manat) əldə edəcək. Report

 

 

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest