"Arsenal"ın yarımmüdafiəçisi Mohamed Elneni Türkiyəyə köçür. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 27 yaşlı oyunçu "Beşiktaş"a keçməyə hazırlaşır.

Klublar arasında danışıqlar artıq müsbət nəticələnib. Razılığa əsasən, Misir yığmasının üzvü cari mövsümü icarə əsasında İstanbul nəhəngində keçirəcək. "Arsenal"da həftəlik məvacibi 50 min funt-sterlinq olan Elneninin məvacibinin yarıdan çoxunu "Beşiktaş" ödəyəcək. Elneni tezliklə Türkiyəyə yollanaraq münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl "Arsenal"ın baş məşqçisi Unay Emeri futbolçunu transferə çıxardıqlarını açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest