Almaniyanın "Hoffenhaym" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin "Brayton" klubunun yarımmüdafiəçisi Yurgen Lokadiyanı heyətinə cəlb edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı hollandiyalı futbolçu 1 illik icarəyə götürülüb.
 
PSV-nin yetirməsi olan, 7 il doğma klubunun uğurları üçün çalışmış Lokadiya, "Brayton"da 2018-ci ildən çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest