Futbol üzrə İtaliya A Seriyasında 2-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, şənbə günü iki görüş baş tutub. 

öncə "Milan" "Breşiya"nı sınağa çəkib. Meydan sahibləri bu görüşdə minimal hesabla üstün olublar.

Turun mərkəzi görüşündə "Yuventus" doğma azarkeşləri qarşısında "Napoli"ni qəbul edib. Bütövlükdə 7 qolun qeydə alındığı bu qarşılaşmada da qələbəni meydan sahibləri bayram ediblər.

İtaliya A Seriyası
2-ci tur

30 avqust

Bolonya – SPAL 1:0
Qol: Soriano, 90+3.

31 avqust

Milan – Breşiya 1:0
Qol: H.çalhanoğlu, 12.

Yuventus – Napoli 4:3
Qol: Danilo, 16. İquayn, 19. Ronaldo, 62. Kulibali, 90+2-öz qapısına – Manolas, 66. Lozano, 68. Di Lorenso, 81.

1 sentyabr

20:00 Latsio – Roma
22:45 Atalanta – Torino
22:45 Kalyari – İnter
22:45 Cenoa – Fiorentina
22:45 Leççe – Verona
22:45 Sassuolo – Sampdoriya
22:45 Udineze – Parma

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest