Fransanın "Nitsa" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi PSJ-dən müdafiəçi Stenli Nsokini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma tərəflər arasında müqavilənin müddəti və digər detalları, həmçinin PSJ-yə nə qədər təzminat ödənildiyi açıqlanmır.
 
20 yaşlı fransalı futbolçu PSJ-nin öz yetirməsidi. O, geridə qalan mövsümdə Paris təmsilçisinin əsas komandasında da xeyli oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest