Hadisədən xəbərdar olan "Fənərbaxça" azarkeşlərinin hamısı ikinci hissədə "Türk Telekom Arena"nı tərk etmək qərarına gəlib. Onlar vəfat edən yoldaşlarının aparıldığı xəstəxanaya yollanıblar.

Türkiyə Superliqasının XI turunun "Qalatasaray" – "Fənərbaxça" oyunundan əvvəl üzücü olay baş verib. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, qonaqların azarkeşlərindən biri qarşılaşmadan qısa müddət əvvəl vəfat edib.

Koray Şener adlı gənc fanat stadiona gedərkən ürəktutmasından dünyasını dəyişib. Şener Təcili Tibbi Yardımla xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Hadisədən xəbərdar olan "Fənərbaxça" azarkeşlərinin hamısı ikinci hissədə "Türk Telekom Arena"nı tərk etmək qərarına gəlib. Onlar vəfat edən yoldaşlarının aparıldığı xəstəxanaya yollanıblar.

Qeyd edək ki, az öncə başa çatan "Qalatasaray" – "Fənərbaxça" oyunu 2:2 hesabı ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest