Avropa nəhəngləri yeni turnir yaratmağa hazırlaşır. Matç.az saytı xəbər verir ki, bu iddia ilə "Football Leaks" şirkəti çıxış edib.

Bildirilir ki, "Bavariya" Superliqa adlı turnirin yaradılması üçün digər klublarla gizli müzakirə aparıb. Mənbəyə görə, klublar çempionlar Liqasından kənar yeni layihədə bir araya gələcəklər. 2021-ci ildən etibarən Superliqanı yaradacaq 11 klub UEFA-dan ayrılacaq. Həmin liqada 16 klubun iştirakı planlaşdırılır. 11 təşkilatçı komandanın 20 il ərzində müntəzəm hər il turnirdə iştirakı təmin olunacaq. Hər mövsüm 5 klub qonaq kimi dəvət olunacaq.

"Football Leaks"ın siyahısındakı təşkilatçı komandalar "Bavariya", "Real", "Barselona", "Mançester Yunayted", "Yuventus", "Arsenal", PSJ, "çelsi", "Mançester Siti", "Liverpul" və "Milan"dı. İlk ildəki qonaq komandaların "Atletiko", Dortmund "Borussiya"sı, "İnter", "Marsel" və "Roma"nın olması qərara alınıb.

Artıq bu ay klubların sənədə qol çəkməsi planlaşdırılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest