Futbol üzrə İspaniya 2-ci liqasında 3-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun yenicə transfer olunduğu "Albasete" də növbəti matçına çıxıb.
 
Sözügedən klub səfərdə "Xixon"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
Baş məşqçinin hələ tam hazır hesab etmədiyi İsrafilov bu oyunun da iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Albasete" hazırda 3 xalla 22 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest