Fransa çempionatının XII turunda "Lill" ilə qarşılaşan PSJ növbəti dəfə meydanı qalib tərk edib – 2:1. Matç.az saytının məlumatına görə, bu, Paris təmsilçisinin Liqa1-də ardıcıl 12-ci qalibiyyəti olub.

Tomas Tuxelin yetirmələri ardıcıl 12 qələbə ilə "top-5" liqalarda mövsümə ən uğurlu start götürən komanda kimi rekorda imza atıb. Buna qədər rekord 1960-61 mövsümündə 11 qələbə ilə "Tottenhem"ə məxsus idi.

Dünənki qarşılaşmada 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan hücumçu Kilian Mbappe isə son 45 ildə Fransa çempionatında 40 qol həddinə çatmış ən gənc oyunçu olub. Mbappe 19 yaş 10 ay 13 günlüyündə bunu bacarıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest