"Qarabağ" heyətinə daha bir ispaniyalı futbolçu cəlb edə bilər. Matc.az xəbər verir ki, bu iddia ilə İspaniya mətbuatı çıxış edib.

Bildirilir ki, "Saraqosa"nın yarımmüdafiəçisi Xorxe Pombo Azərbaycan çempionunun maraq dairəsindədi. Ancaq 25 yaşlı pleymeyker uğrunda mübarizədə Ağdam klubu tək deyil. Belə ki, La Liqa təmsilçisi "Malyorka", eyni zamanda Sequndadan "Estremadura", "Ovyedo", "Kadiz" və MLS klublarından biri Pombonu heyətinə qatmaq üçün müraciət edib.

La Liqa2-də çıxış edən futbolçu bu liqanın başqa klubuna keçmək niyyətindən uzaqdı. "Saraqosa"da 85 min avroluq maaşa oynayan hücumameyilli futbolçunun daha bir il komandada qalması da istisna edilmir. Ancaq belə olarsa, Pombo gələn ilin yayında klubu azad agent kimi tərk edəcək. Klub yay fasiləsinin ilk günlərində onu 3 milyon avroya satmağı planlaşdırsa da, hazırda oyunçusunu 1 milyona satmağa da hazırdı.

Qeyd edək ki, "Saraqosa"nın yetirməsi olan Xorxe Pombo 2016-cı ildən əsas komandada çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest